İyunun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “İstedadlı gənclərlə gələcəyimizə” adlı konsert proqramı keçirilib.
İyunun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “İstedadlı gənclərlə gələcəyimizə” adlı konsert proqramı keçirilib.
Dünyaşöhrətli bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə baş tutan konsertdə Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər. Gənc musiqiçilər Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələrindən ibarət yaddaqalan ifalar səsləndiriblər.
Böyük maraqla qarşılanan gənc istedadların çıxışları tamaşaçılar tərəfindən davamlı alqışlarla müşaiyət olunub.
Növ :
Muzeydə musiqiVaxt :
26 İyun 2025 - 26 İyun 2025event gallery