İyunun 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində kamera musiqisi üzrə pedaqoq Gülarə İmanovanın xatirəsinə həsr edilmiş “Ustada ithaf” adlı Əməkdar artist İlham Nəzərovun sinif konserti təqdim olunub.

Musiqi axşamında Azərbaycanın Əməkdar artisti, ilk kontratenoru İlham Nəzərov tələbələri - Pərvanə Soltanova, Nuray İsmayılova, Kənan Rəhmanzadə, İsmayıl Əsədli, Ülvi Əhmədov və Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi Cavidan Babazadə ilə birlikdə Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimovanın (fortepiano) müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının müxtəlif əsərlərini səsləndiriblər.
İfaçılıq sənətinə və ustad irsinə ehtiramla ərsəyə gələn bu proqram dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq onların gur alqışları ilə müşayiət olunub.
Növ :
Muzeydə musiqiVaxt :
25 İyun 2025 - 25 İyun 2025event gallery