İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Musiqi naxışları” adlı sinif konserti keçirilib.
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Musiqi naxışları” adlı sinif konserti keçirilib.
Tədbir sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının rəhbərliyi ilə baş tutub. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının tələbələri çıxış ediblər.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, klassik musiqinin dəyərli nümunələri səsləndirilib. Tamaşaçılar tələbələrin ifasında zəngin musiqi repertuarını dinləməklə yanaşı, gənc istedadların peşəkarlığına da şahid olublar.
Növ :
Muzeydə musiqiVaxt :
20 İyun 2025 - 20 İyun 2025event gallery