İyunun 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində ölkəmizin ilk peşəkar qadın teatr rejissorlarından biri, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru olmuş Gülcahan Güləhmədova-Martınovanın 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə sənətkarın tələbələri, Xalq artistləri- Lyudmila Duxovnaya, Mabud Məhərrəmov və digər həmkarları, dostları bir araya gələrək onun sənətə verdiyi töhfələri, xatirələri haqqında danışıblar.

Konsertdə Xalq artisti Əvəz Abdullayev, Əməkdar artistlər- Afaq Abbasova,Anton Ferştandt, Səbinə Əsədova, Fərid Əliyev,İlahə Sadıxzadə,Fəridə Məmmədova,İlham Nəzərov, həmçinin beynəlxalq müsabiqələr laureatı Daniil Lirilov çıxış edib.

Musiqi proqramında Azərbaycan və dünya bəstəkarlarının unudulmaz əsərləri səsləndirilib. Gənc nəsillər üçün onun yaratdığı sənət irsinin əhəmiyyətini vurğulamaq məqsədi daşıyan konsert dinləyicilərin maraq və alqışları ilə qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    18 İyun 2025 - 18 İyun 2025

event gallery