11 iyun 2025-ci il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Nəsillərdən-nəsillərə” adlı konsert proqramı təqdim olunub.
11 iyun 2025-ci il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Nəsillərdən-nəsillərə” adlı konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova, akademiyanın dosenti Nərgiz Salmanlı, beynəlxalq müsabiqələrin laureatları - Səbinə Quliyeva, Səidə Tağızadə və Mahir Tağızadə çıxış ediblər.
Proqramda Azərbaycan və dünya bəstəkarlarının ölməz əsərləri səsləndirilib. Bu ecazkar axşam yalnız musiqi zövqünü oxşamaqla kifayətlənməyərək, eyni zamanda ifaçılıq ənənələrinin zamanla necə zənginləşdiyini tamaşaçılara hiss etdirib. Musiqi irsinin qorunması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyan konsertdə dinləyicilər unudulmaz bir axşam yaşayıblar.
Növ :
Muzeydə musiqiVaxt :
11 İyun 2025 - 11 İyun 2025event gallery