1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Sabahın rəngləri” adlı klassik musiqi proqramı baş tutub.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Sabahın rəngləri” adlı klassik musiqi proqramı baş tutub. Tədbir uşaqların yaradıcılıq potensialını nümayiş etdirmək və klassik musiqiyə marağı artırmaq məqsədilə təşkil olunub.
İstedadlı musiqiçilər Fərəh Əliyeva, Camal Əliyev, Ayşən Umudova və Nuray Quliyeva öz ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar. Konsertdə Qara Qarayev, Niyazi, Vaqif Mustafazadə, Arif Məlikov, Tofiq Quliyev, Faiq Sücəddinov, həmçinin İohann Ştrauss, Astor Piazzolla, Vaja Azaraşvili kimi tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Bayram ab-havasının hökm sürdüyü konsert dinləyicilər tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Növ :
Muzeydə musiqiVaxt :
1 İyun 2025 - 1 İyun 2025event gallery