14 mayda "Muzeydə musiqi" layihəsi çərçivəsində dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş növbəti konsert proqramı keçirilib.

14 mayda "Muzeydə musiqi" layihəsi çərçivəsində dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş növbəti konsert proqramı keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimləri - Kəmalə Mirbabayeva, Arzu Məmmədova, Elnarə Kəbirlinskaya, Züleyxa Abdulla, Könül Axundova, Nərgiz Salmanlı, Günel Kazımova, Zərif Kərimova, Nərgiz Nəzərova, Nərgiz Kəngərli və Nəzakət Rimazinin iştirakı ilə baş tutan konsertdə Azərbaycan və dünya bəstəkarlarının unudulmaz əsərləri səsləndirilib. Milli bəstəkarlıq məktəbinin simvoluna çevrilmiş dahi sənətkara həsr olunmuş musiqili axşam dinləyicilərin böyük maraq və alqışları ilə qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    14 May 2025 - 14 May 2025

event gallery