Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlının təşkilatçılığı ilə sinif konserti baş tutub.

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlının təşkilatçılığı ilə sinif konserti baş tutub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş musiqili proqramda Zöhrə Ramazanlı, Çinarə Səmədova, Səma Mustafayeva, Natavan Səlimova, Məryam Məmmədova, Rasimə Abdullayeva, Gülnar İrşadi və Maya İsmayıllı tərəfindən Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Konsert dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    23 Aprel 2025 - 23 Aprel 2025

event gallery