Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas" fortepiano kafedrası tərəfindən təqdim olunan “Hacıbəyovların musiqi dünyası” adlı konsertdə Xalq artisti, professor Ülviyyə Hacıbəyova, Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist, professor Töhfə Babayeva, Əməkdar artist, professor Elnarə Kəbirlinskaya, Əməkdar artist Fəridə Məmmədova və beynəlxalq müsabiqələr laureatları Nərgiz Salmanlı, Səbinə Quliyeva, Vurğun Vəkilov, Ümidə Abbasova və Samirə Babayevanın ifasında Ü.Hacıbəyli və digər görkəmli Azərbaycan və dünya bəstəkarlarının ölməz əsərləri səsləndirilib. Ecazkar musiqi gecəsinə qatılan tamaşaçılar öz dərin təəssüratlarını davamlı alqışlarla ifadə ediblər.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    12 Mart 2025 - 12 Mart 2025

event gallery