Xocalı soyqırımı müasir Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi nəinki xalqımıza bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Faciənin 33-cü ildönümü Azərbaycan Milli İncəsənət Muzeyində bir sıra tədbirlərlə qeyd ediləcək.

26 fevral saat 15:00-da "Muzeydə kino" layihəsi çərçivəsində rejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin "Müharibənin uşaqları" adlı sənədli filmi nümayiş olunacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Yaddaş" sənədli filmlər studiyasında lentə alınmış filmin ssenari müəllifləri Şamil Nəcəfzadə və Sara Oğuz Nəzirovadır. Ekran əsərində Ermənistan-Azərbaycan müharibəsi zamanı valideynlərini və yaxınlarını itirmiş azyaşlı uşaqlardan, onların üzləşdiyi əziyyətlərdən və həyat uğrunda apardıqları mübarizə əzmindən bəhs edilir.
Filmin nümayişindən öncə ekran işinin operatoru, Əməkdar incəsənət xadimi Nizami Abbasla görüş keçiriləcək.
Növ :
Muzeydə kinoVaxt :
26 Fevral 2025 - 26 Fevral 2025event gallery