Fevralın 26-da Azərbaycan Milli İncəsənətə Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə rejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin "Müharibənin uşaqları" adlı sənədli filmi nümayiş olunub.

Fevralın 26-da Azərbaycan Milli İncəsənətə Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə rejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin "Müharibənin uşaqları" adlı sənədli filmi nümayiş olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Yaddaş" sənədli filmlər studiyasında lentə alınmış filmin ssenari müəllifləri Şamil Nəcəfzadə və Sara Oğuz Nəzirovadır. Ekran əsərinin nümayişindən öncə filmin təsvir rejissoru və operatoru, Əməkdar incəsənət xadimi Nizami Abbasla görüş keçirildi. O, filmin mövzusu, çəkilişlər zamanı yaşanmış maraqlı məqamları tamaşaçılarla bölüşdü.

Qeyd edək ki sənədli filmdə Ermənistan-Azərbaycan müharibəsi zamanı valideynlərini və yaxınlarını itirmiş azyaşlı uşaqlardan, onların üzləşdiyi əziyyətlərdən və həyat uğrunda apardıqları mübarizə əzmindən bəhs edilir. Filmdə Xocalı soyqırımının canlı şahidi olan uşaqlar o dəhşətli günləri bir daha xatırlayaraq yaşadıqları hisslərdən danışırlar.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    26 Fevral 2025 - 26 Fevral 2025

event gallery