Milli İncəsənət Muzeyində Oqtay Şıxəliyevə həsr olunmuş “Şəhərdə izi olan rəssam” filmi nümayiş etdirilib

Noyabrın 14 və 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində Xalq rəssamı Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub.

Film sənətkarın yaradıcılıq dünyasına, monumental-dekorativ sənət sahəsində həyata keçirdiyi layihələrə, şəhər mühitinə və Azərbaycan incəsənətinə bəxş etdiyi bədii irsə nəzər salıb. Nümayiş zamanı tamaşaçılar rəssamın sənət yolunun mühüm məqamları ilə tanış olmaq imkanı əldə ediblər.

 Proqramın davamında ziyarətçilər Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş “Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika” sərgisini ziyarət ediblər. Sərgidə nümayiş olunan əsərlər rəssamın yaradıcılıq axtarışlarının genişliyini, fərdi üslubunu və müxtəlif sənət sahələrindəki fəaliyyətini əyani şəkildə təqdim edib.

Beləliklə, film nümayişi və sərgi ziyarəti sənətkarın yaradıcılığına həm kino, həm də orijinal sənət əsərləri vasitəsilə bütöv nəzər salmaq üçün imkan yaradıb.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    14 Noyabr 2026 - None

event gallery