Film Screening and Exhibition Program Held for ADA University Students at the National Art Museum

.Proqram çərçivəsində gənc rejissor, Varşava Film Məktəbinin tələbəsi Ayan Məlikin “Layla” (Lullaby) qısametrajlı bədii filmi nümayiş etdirilib.

44 günlük Vətən müharibəsinə həsr olunan film dağlıq ərazidə gedən döyüş əməliyyatları zamanı yaralanmış azərbaycanlı əsgərlə erməni hərbçinin qarşılaşmasından bəhs edir. Ekran əsərində müharibənin ağır nəticələri ilə yanaşı, mərdlik, insanlıq və humanizm dəyərləri ön plana çəkilir. Yavər Rzayev və Ayan Məlikin ssenari müəllifi olduğu film beynəlxalq festivallarda bir sıra uğurlara imza ataraq, Milan Müstəqil Film Festivalında “Ən yaxşı tələbə filmi” mükafatına, Şimla Beynəlxalq Film Festivalında isə tələbə filmləri üzrə xüsusi münsiflər heyətinin mükafatına layiq görülüb. Həmçinin, I Laçın Beynəlxalq Film Festivalında nümayiş olunaraq diplomla təltif edilib.

Film, eyni zamanda, Kotka İnsan Hüquqları Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasına irəli sürülüb, İzmir Beynəlxalq Qısametrajlı Film Festivalının “Panorama” proqramına və Verona Beynəlxalq Qısametrajlı Film Festivalının 2027-ci il üzrə rəsmi seçiminə daxil edilib.

Film nümayişindən sonra tələbələr tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi ilə tanış olublar. Ekskursiya zamanı sərginin konsepsiyası, əsərlərin ideya məzmunu və rəssamın yaradıcılıq yanaşması haqqında məlumat verilib.

Proqram tələbələrin kino və təsviri sənət vasitəsilə mədəni irs, müasir incəsənət və yaradıcı ifadə formaları ilə daha yaxından tanış olmalarına şərait yaradıb.

  • Type :

    Cinema at the Museum
  • Time :

    Nov. 21, 2026 - None

event gallery