Yanvarın 28-də teatr və kino rejissoru, yazıçı, ssenarist İlqar Safatın “LUCIDITY (Rejissor haqqında yuxular)” kitabının təqdimat mərasimi keçirilib.

Yanvarın 28-də teatr və kino rejissoru, yazıçı, ssenarist İlqar Safatın “LUCIDITY (Rejissor haqqında yuxular)” kitabının təqdimat mərasimi keçirilib.

Fəlsəfi-ontoloji mətnlərdən ibarət olan nəşr teatr haqqında düşüncələr, yuxular, şüuraltı və rejissor təfəkkürü mövzularına həsr olunub. Kitabda müəllifin qısa nəsr nümunələri və avtobioqrafik qeydləri yer alır.

Tədbir konsert proqramı ilə müşayiət olunub. Təqdimat çərçivəsində nəşrin ideya məzmunu ətrafında müzakirələr aparılıb, sonda isə müəllif oxucular üçün kitabı imzalayıb.

Tədbir çərçivəsində İlqar Safatın udegey şamanizminə həsr olunmuş “Səma kökləri” adlı sənədli filmi də nümayiş etdirilib. Filmdə şamanın vəfat etmiş insanın ruhunu axirət dünyasına ötürmə mərasimi təsvir olunur. Udegeylər Rusiyanın Uzaq Şərq bölgəsində yaşayan azsaylı xalqlardan biridir.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    28 Yanvar 2026 - 28 Yanvar 2026

event gallery