Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Anım Günü münasibətilə “Muzeydə kino” layihəsi çərçivəsində “Görünməyən qəhrəmanlar – 27 Sentyabr” adlı sənədli filmin nümayişi keçirilib.
Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Anım Günü münasibətilə “Muzeydə kino” layihəsi çərçivəsində “Görünməyən qəhrəmanlar – 27 Sentyabr” adlı sənədli filmin nümayişi keçirilib.
Tədbirin əsas məqsədi qəhrəmanlıq salnaməsini xatırlatmaq və Vətən müharibəsində canını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək olub.
Ekran əsəri 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi rəşadəti, fədakarlığı və mənəvi dayanıqlığı əks etdirir. Filmdə cəbhə bölgəsində baş vermiş real hadisələr, döyüşlərin gedişatı, qəhrəman əsgərlərin və ailələrinin yaşantıları sənədli materiallar və müsahibələr vasitəsilə tamaşaçılara təqdim olunur.
Sənədli film iştirakçılarda dərin emosional təəssürat yaradıb, Anım Gününün mənəvi dəyərini bir daha hiss etdirib. Səmimi və emosional atmosferdə keçən film nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə kinoVaxt :
27 Sentyabr 2025 - 27 Sentyabr 2025event gallery