“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımız qədim tarixə malik Çinə səyahət edəcəklər.
“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımız qədim tarixə malik Çinə səyahət edəcəklər. Onlar Çin incəsənətinin sehirli dünyasına qərq olaraq qədim memarlığın möhtəşəm nümunəsi sayılan Çin səddi və digər məşhur abidələr, heykəltəraşlıq, rəssamlıq, keramika, kalliqrafiya sənətləri, o cumlədən ədəbiyyat, musiqi, ənənəvi geyim və çay mədəniyyəti haqqında mühazirəni dinləyəcək, muzeyin Çin incəsənəti ekspozisiyasına ekskursiya edəcək və mövzu ilə bağlı kölgə tamaşasını izləyəcəklər.
Ustad dərsi zamanı isə uşaqlar bu mədəniyyətə məxsus simvolik nümunələri- yelpik, çətir, əjdaha maskası, fil fiquru hazırlamağı öyrənəcəklər. Bir sözlə, bu səyahətdə balacaları maarifləndirici, əyləncəli, interaktiv proqramlar gözləyir.
Qeyd edək ki, Azərbaycan və rus dillərində keçirilən proqrama hər həftəsonları saat 11:00-da qatıla bilərsiniz.
İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
1 Aprel 2025 - 6 Aprel 2025event gallery