Noyabrın 16-da Nizami rayonu 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yetirmələri Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olublar. Balaca ziyarətçilərə muzeyin tarixi, binaları, fəaliyyəti, burada nümayiş etdirilən milli və dünya incəsənətindən ibarət ekspozisiyası haqqında geniş məlumat verilib.
Noyabrın 16-da Nizami rayonu 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yetirmələri Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olublar. Balaca ziyarətçilərə muzeyin tarixi, binaları, fəaliyyəti, burada nümayiş etdirilən milli və dünya incəsənətindən ibarət ekspozisiyası haqqında geniş məlumat verilib. Ekskursiyanı böyük maraqla dinləyən uşaqlar, həmçinin "Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri", "Səttar Bəhlulzadə -təbiətin ecazkar nağılı" sərgiləri ilə yaxından tanış olaraq muzeydən xoş təəssüratlarla ayrılıblar.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
16 Noyabr 2024 - 16 Noyabr 2024event gallery