Noyabrda Azərbaycan Milli İncəsənət Muzeyində məktəblilər üçün 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarəkdir, Azərbaycan!” adlı maarifləndirici proqram keçirilir, həmçinin 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiyası Günü, 17 Noyabr-Azərbaycan Respublikasının Milli Dirçəliş Gününə həsr olunmuş yeni proqramlar təqdim olunur.

Noyabrda Azərbaycan Milli İncəsənət Muzeyində məktəblilər üçün 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarəkdir, Azərbaycan!” adlı maarifləndirici proqram keçirilir, həmçinin 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiyası Günü, 17 Noyabr-Azərbaycan Respublikasının Milli Dirçəliş Gününə həsr olunmuş yeni proqramlar təqdim olunur. Proqrama qoşulan uşaqlar mövzunu əks etdirən təqdimatları dinləyib, tematik ekskursiya və ustad dərslərində iştirak edirlər.

Qeyd edək ki, ay ərzində davam edən proqrama hər həftə içi 2,4,5-ci günlər saat 10:00-dan-15:00-a kimi, 3-cü gün saat 12:00-dan-16:00-a kimi, həftəsonları isə saat 11:00-dan-16:00-a kimi vaxtı öncədən təyin etməklə qatıla bilərsiniz.

Azərbaycan ,rus və ingilis dillərində aparılan proqrama qoşulmaq üçün (012) 492 07 07, (051) 580 85 21 nömrələri ilə qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Type :

    ANMA Children's Museum
  • Time :

    Nov. 8, 2024 - Nov. 8, 2024