Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı yenidən sevimli iştirakçılarımızı Misir incəsənətinə səyahətə aparacaq.

Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı yenidən sevimli iştirakçılarımızı Misir incəsənətinə səyahətə aparacaq.
 
Məktəblilər bu proqramda qədim Misirin sirli məqamlarından olan mumiyalama, qadın gözəlliyinin simvolu sayılan Nefertitinin büstü, dünya arxeologiyasının ən önəmli tapıntısı - firon Tutanhamonun sərdabəsi haqqında təqdimatı izləyəcəklər.
 
Həmçinin muzeyin ekspozisiyasında sərgilənən Misir incəsənətini əks etdirən eksponatlarla tanış olacaqlar. Ustad dərsi zamanı isə uşaqlar öz bacarıqlı əlləri ilə papirus və firon maskası hazırlayacaqlar.
 
Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama şənbə və bazar günləri saat 11:00-da qatıla bilərsiniz.
 
İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    11 Yanvar 2025 - 12 Yanvar 2025

event gallery