Azərbaycan Milli İncəsənət Muzeyində yanvar ayı ərzində keçirilmiş “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində “Qədim Misir incəsənəti” adlı proqram yekunlaşıb.

Azərbaycan Milli İncəsənət Muzeyində yanvar ayı ərzində keçirilmiş “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində “Qədim Misir incəsənəti” adlı proqram yekunlaşıb. Proqrama qatılan məktəblilər və məktəbəqədər uşaqlar qədim Misirin tarixi, zəngin mədəniyyəti ilə bağlı geniş məlumat əldə ediblər. Onlar təqdimat və mühazirələrdə Misir sivilizasiyasının müxtəlif sahələrinə dair maraqlı faktlar öyrəniblər, tematik ekskursiyalarda isə bu incəsənətə aid firon, müxtəlif tanrı, skarabey, sfinks obrazlarından ibarət kiçik plastika nümunələri və digər eksponatlarla tanış olublar. Mövzuya dair kölgə tamaşasını izləyən uşaqlar, öz əlləri ilə Misir incəsənətinin şah əsərlərinin surətlərini hazırladıqları əyləncəli ustad dərslərində də iştirak ediblər.

Qeyd edək ki, "Uşaqlar üçün incəsənət tarixi" proqramı davam edir. Fevral ayı ərzində antik Yunanıstan incəsənətinə aid növbəti proqramlar keçiriləcək.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    27 Yanvar 2025 - 27 Yanvar 2025