4 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Əlillər Günü münasibətilə uşaqlar üçün "Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı" sərgisi uşaqların gözü ilə" adlı maarifləndirici proqram keçirildi.
4 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Əlillər Günü münasibətilə uşaqlar üçün "Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı" sərgisi uşaqların gözü ilə" adlı maarifləndirici proqram keçirildi. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzinin sosial-psixoloji reabilitasiya proqramına cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar valideyinləri ilə birgə iştirak etdilər. Qonaqlar həm Azərbaycan Milli İncəsənət Muzeyi, həm də görkəmli rəssam Səttar Bəhlulzadənin sərgisi haqqında ətraflı məlumat əldə etdikdən sonra ustad dərsinə qatıldılar. AMİM-in Elmi- bərpa şöbəsinin rəssamı Samir Talıbovun rəhbərliyi ilə keçirilən ustad dərsində uşaqlar Səttar Bəhlulzadənin məşhur tablolarından olan "Gülüstan" əsərinin kağız üzərində sürətini rəngləyiblər. Muzeyda maraqlı zaman keçirən balaca ziyarətçilər buradan xoş təəssüratlarla ayrılıblar.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
4 Dekabr 2024 - 4 Dekabr 2024event gallery