Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyi üzvləri Milli İncəsənət Muzeyində olublar
3 noyabr tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində uşaqlar muzeydə nümayiş olunan Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi ilə tanış olublar. Onlar sərgidə təqdim edilən heykəltaraşlıq və rəngkarlıq əsərlərini izləyərək rəssamın yaradıcılıq yanaşması, əsərlərin bədii xüsusiyyətləri və sərginin konsepsiyası haqqında məlumat əldə ediblər.
Proqramın davamında uşaqlar üçün xüsusi rəsm dərsi təşkil olunub. İştirakçılar sərgidə nümayiş olunan əsərləri yaxından izləyiblər. Əsərlərdən ilham alaraq gördükləri nümunələri öz yaradıcı yanaşmalarına uyğun şəkildə yenidən təsvir ediblər. Beləliklə, uşaqlar əsərləri fərqli formada şərh etmək, öz rəng və kompozisiya seçimlərini tətbiq etmək imkanı əldə ediblər.
Bu cür görüşlər uşaqların incəsənətə marağının artırılması, bədii qavrayışının və estetik zövqünün formalaşması, eləcə də yaradıcı potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Belə görüşlər uşaqların incəsənətə marağının artırılması, onların estetik zövqünün və yaradıcı potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
3 Noyabr 2026 - Noneevent gallery