Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” tədbiri keçirilib
Azərbaycan Mİlli İncəsənət Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sosial Xidmət Mərkəzlərində xidmət alan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi iştirak edib.
Tədbir çərçivəsində uşaqlar Vətənə, Zəfər Gününə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş musiqi və rəqs nömrələri, eləcə də şeir nümunələri ilə çıxış ediblər. Proqramda səslənən ifalar və təqdim olunan bədii nümunələr Zəfərimizin sevincini, Vətənə bağlılıq və qürur hisslərini əks etdirib.
Tədbir çərçivəsində uşaqlar AMİM-nin “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və "Azərbaycan İncəsənət xəzinəsi" adlı daimi ekspozisiyaları ilə də tanış olublar. Ekskursiya zamanı uşaqlara ekspozisiyalarda nümayiş olunan əsərlər, onların müəllifləri və Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri haqqında məlumat verilib.
Tədbirin məqsədi uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, sosial fəallığını artırmaq və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək olub.
Belə təşəbbüslər uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, onların mədəni həyatda fəal iştirakının təşviqi və inklüziv mühitin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
3 Noyabr 2026 - Noneevent gallery