Qaradağ Sosial Xidmət Mərkəzinin benefisiarları Milli İncəsənət Muzeyini ziyarət ediblər
2 oktyabr 2026-cı il tarixində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialının tabeliyində fəaliyyət göstərən Qaradağ Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya proqramına cəlb olunan benefisiarlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində iştirakçılar “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsr rəssamlarının əsərlərində Bakı” sərgisi ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlər vasitəsilə Bakı şəhərinin müxtəlif dövrlərdə rəssamların yaradıcılığında əks olunması ilə bağlı məlumat əldə ediblər.
Daha sonra sərgi əsasında təşkil olunan ustad dərsində iştirak edən benefisiarlar öz təsəvvürlərindəki Bakını rənglər və müxtəlif bədii ifadə vasitələri ilə canlandırıblar.
Proqram çərçivəsində iştirakçılar, həmçinin muzeyin “A“1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı daimi ekspozisiyası ilə tanış olublar.
Muzey ziyarəti iştirakçılar üçün incəsənət nümunələri ilə yaxından tanış olmaq, yaradıcılıq bacarıqlarını ifadə etmək və yeni təcrübələr qazanmaq baxımından maraqlı və faydalı olub.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
2 Oktyabr 2026 - 2 Oktyabr 2026event gallery