27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün maarifləndirici proqram keçiriləcək.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün maarifləndirici proqram keçiriləcək.

Proqram çərçivəsində uşaqlara mühazirə zamanı Anım Gününün tarixi və əhəmiyyəti, vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yaşadılmasının önəmi haqqında yaşlarına uyğun və sadə dildə məlumat veriləcək.

Daha sonra tematik ekskursiya zamanı vətənpərvərlik və qəhrəmanlıq mövzusuna həsr olunmuş eksponatlar və əsərlərlə tanış olacaqlar.

Ustad dərsində isə balaca ziyarətçilərimiz mövzuya dair hiss və düşüncələrini əl işləri vasitəsilə ifadə edəcəklər.

Proqramın əsas məqsədi uşaqlarda milli-mənəvi dəyərlər, Vətən sevgisi və tarixi yaddaş haqqında təsəvvürlərin formalaşdırılması, eləcə də incəsənət vasitəsilə mövzuya yaradıcı yanaşmanın təşviq edilməsidir.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    27 Sentyabr 2026 - None

event gallery