1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün unudulmaz həftə təşkil olunacaq!
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün unudulmaz həftə təşkil olunacaq!
Ənənəvi olaraq muzey uşaqlara maarifləndirici və əyləncəli anlarla dolu rəngarəng proqram təqdim edəcək.
Proqram çərçivəsində uşaqlar üçün “Uşaq obrazları Azərbaycan təsviri sənətində” mövzusunda mühazirə keçiriləcək, muzeyin ekspozisiyası üzrə tematik ekskursiya təşkil olunacaq. Balacalar eksponatlarla yaxından tanış olmaqla yanaşı, onların arxasında gizlənən maraqlı hekayələri də öyrənəcəklər.
Proqram zamanı həmçinin uşaqlar yaradıcılıq potensiallarını nümayiş etdirə biləcəkləri ustad dərsinə qoşularaq öz əl işlərini hazırlamaq imkanı qazanacaqlar.
Sizi övladlarınızla birlikdə bu maraqlı və yaradıcı proqramda iştirak etməyə dəvət edirik!
Növ :
AMİM Uşaq muzeyiVaxt :
1 İyun 2026 - 1 İyun 2026event gallery