Azərbaycan Milli İncəsənət Muzeyi sizi Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgi çərçivəsində keçiriləcək maarifləndirici proqrama dəvət edir.

Proqram iştirakçıları mühazirə zamanı Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Cahangir Rüstəmovun zəngin yaradıcılıq irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tematik ekskursiya zamanı balacalar sərgidə nümayiş olunan əsərlərin bədii-estetik xüsusiyyətləri ilə tanış olacaq, rəssamın yaradıcılıq dünyasına dair maraqlı faktlar öyrənəcəklər. Proqramın davamında təşkil olunacaq ustad dərsində iştirakçılar Cahangir Rüstəmovun yaradıcılığına xas obrazlar əsasında öz bədii işlərini hazırlamaq, rəng və forma üzərində yaradıcı bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    13 May 2026 - 31 May 2026

event gallery