Hörmətli valideynlər və balaca dostlarımız,
aprel ayı ərzində Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün xüsusi hazırlanmış maraqlı və maarifləndirici proqramlarla sizi gözləyir.
Hörmətli valideynlər və balaca dostlarımız,
aprel ayı ərzində Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün xüsusi hazırlanmış maraqlı və maarifləndirici proqramlarla sizi gözləyir.
15 aprel – Beynəlxalq Mədəniyyət Günü
“Süzəninin yaranışı: bir tikmə ustasının hekayəsi” proqramında uşaqlar rəngarəng ornamentlərin sirrini öyrənəcək, tematik ekskursiya və ustad dərsində öz bacarıqlarını sınayacaqlar.
15 aprel – Dünya İncəsənət Günü
Bu proqram çərçivəsində uşaqlar mühazirə, kölgə tamaşası, tematik və interaktiv ekskursiya, eləcə də ustad dərsi vasitəsilə incəsənətin müxtəlif sahələri ilə yaxından tanış olacaqlar.
18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Bu proqram çərçivəsində balaca iştirakçılar tarixi abidələr haqqında maraqlı məlumatlar əldə edəcək, interaktiv ekskursiya və yaradıcı fəaliyyətlərdə iştirak edəcəklər.
23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü
Uşaqlar üçün hazırlanmış xüsusi proqramda mühazirə, kölgə tamaşası, interaktiv ekskursiya və ustad dərsləri vasitəsilə kitabların sehrli dünyasına səyahət ediləcək.
29 aprel – Beynəlxalq Rəqs Günü
Bu proqram çərçivəsində uşaqlar mühazirə, kölgə tamaşası, tematik və interaktiv ekskursiya, eləcə də ustad dərsi vasitəsilə rəqsin incəliklərini öyrənəcək və bu sənəti daha yaxından kəşf edəcəklər.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
15 Aprel 2026 - 29 Aprel 2026event gallery