Azərbaycan Milli İncəsənət Muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə uşaqlar üçün maarifləndirici proqram həyata keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə uşaqlar üçün maarifləndirici proqram həyata keçirilib.

Proqram çərçivəsində 189–190 nömrəli məktəbin şagirdləri tematik ekskursiyada iştirak edib, həmçinin “31 mart soyqırımı: tarix və yaddaş” adlı mühazirəyə qatılıblar.

Mühazirə zamanı uşaqlar muzeyin kolleksiyasında yer alan, həmin faciəli hadisələrin izlərini və xalqın yaddaşını əks etdirən “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı daimi ekspozisiya iıə yaxından tanış olublar.

Ustad dərsi çərçivəsində isə balaca iştirakçılar “Matəm gülü – qərənfil” mövzusunda yaradıcılıq prosesinə qoşulub, öz duyğu və düşüncələrini rənglər vasitəsilə ifadə ediblər.

Bu təcrübə onların həm tarixi biliklərinin zənginləşməsinə, həm də milli-mənəvi dəyərlərə bağlılığının formalaşmasına töhfə verib.

Sonda şagirdlər muzeyin Azərbaycan rəngkarlığı bölməsi ilə tanış olub, Davud Kazımovun 100 illik yubileyinə həsr olunmuş sərgisini ziyarət ediblər.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    31 Mart 2026 - 31 Mart 2026

event gallery