“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə məktəbli və məktəbəqədər dostlarımızı Uzaq Şərq incəsənətinə – Gündoğar ölkə Yaponiya və qədim tarixə malik Çinə maraqlı səyahət gözləyir.
“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə məktəbli və məktəbəqədər dostlarımızı Uzaq Şərq incəsənətinə – Gündoğar ölkə Yaponiya və qədim tarixə malik Çinə maraqlı səyahət gözləyir.
Proqram zamanı uşaqlar Yaponiya incəsənətinin müxtəlif sahələrini – memarlıq, heykəltaraşlıq, rəssamlıq, keramika sənətini kəşf edəcək, qədim yapon xalqının ənənəvi geyimləri, adət-ənənələri və özünəməxsus mətbəxi ilə tanış olaraq bu mədəniyyətin xüsusi ab-havasını hiss edəcəklər.
Eyni zamanda onlar Çin incəsənətinin sehrli dünyasına qərq olacaq, qədim memarlığın möhtəşəm nümunəsi sayılan Çin səddi və digər məşhur abidələr, heykəltaraşlıq, rəssamlıq, keramika və kalliqrafiya sənəti, o cümlədən ədəbiyyat, musiqi, ənənəvi geyim və çay mədəniyyəti haqqında mühazirəni dinləyəcəklər.
Tematik ekskursiya zamanı uşaqları muzeyin ekspozisiyasında sərgilənən Yaponiya və Çin incəsənətini əks etdirən eksponatlarla tanışlıq gözləyir.
Proqram çərçivəsində mövzu ilə bağlı kölgə tamaşası da təqdim olunacaq.
Proqramın ən maraqlı hissələrindən olan ustad dərsində məktəblilər və məktəbəqədər uşaqları bu mədəniyyətlərə məxsus simvolik nümunələri – yelpik, çətir, əjdaha maskası, fil fiquru və digər dekorativ elementləri hazırlamağı öyrənəcəklər.
Maarifləndirici və interaktiv proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama hər həftəsonu saat 11:00-da qatıla bilərsiniz.
İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
2 Mart 2026 - 8 Mart 2026event gallery