Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi çərçivəsində mart ayı ərzində uşaqlar üçün xüsusi maarifləndirici proqram təşkil olunur.

Proqram zamanı şagirdlər əvvəlcə görkəmli rəssamın zəngin yaradıcılığı ilə tanış olacaq, daha sonra tematik-interaktiv ekskursiyada iştirak edəcəklər.

Sonda isə mövzuya uyğun ustad dərsində öz yaradıcılıq bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

Öyrənmək və yaratmaq üçün sizi muzeyə dəvət edirik!

Proqramın vaxtları:

Həftəiçi: II, IV, V günlər – 10:00 / 15:00

III gün – 12:00 / 16:00

Həftəsonu – 11:00 / 16:00

Proqramlar Azərbaycan, rus və ingilis dillərində aparılır.

Qeydiyyat üçün:

(012) 492 07 07

(051) 580 85 21

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    2 Mart 2026 - 30 Mart 2026

event gallery