Azərbaycan Milli İncəsənət Muzeyində həftə ərzində “8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibəti ilə uşaqlar üçün maarifləndirici proqram keçiriləcək.

Azərbaycan Milli İncəsənət Muzeyində həftə ərzində “8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibəti ilə uşaqlar üçün maarifləndirici proqram keçiriləcək.

Proqram çərçivəsində balacalar əvvəlcə “Təsviri sənətdə qadın obrazı” mövzusunda mühazirəni dinləyəcək, daha sonra tematik-interaktiv ekskursiyada iştirak edəcəklər.

Sonda isə iştirakçılar mövzuya uyğun ustad dərsində öz yaradıcılıq bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır. Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

Proqramın vaxtları:

Həftəiçi: II, IV, V günlər – 10:00 / 15:00

III gün – 12:00 / 16:00

Həftəsonu – 11:00 / 16:00

Qeyd edək ki, proqramlar Azərbaycan, rus və ingilis dillərində aparılır.

Qeydiyyat üçün:

(012) 492 07 07

(051) 580 85 21

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    2 Mart 2026 - 8 Mart 2026

event gallery