27 fevral 2026-cı il tarixində 189 və 190 nömrəli məktəbin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində antik Roma incəsənətinə həsr olunmuş proqramda iştirak ediblər.

Balaca dostlarımız qədim dünyanın ən möhtəşəm sivilizasiyalarından biri olan Romanın incəsənətini kəşf edərək eramızdan əvvəlki dövrlərdən bizim eranın ilk əsrlərinədək uzanan tarixi səyahətə çıxıblar.

Onlar antik Roma heykəltəraşlığı, monumental boyakarlıq nümunələri, memarlığın şah əsərləri – Kolizey və Panteon haqqında ətraflı məlumat əldə ediblər.

Proqram zamanı məktəblilər Roma imperatorları, qladiator döyüşləri və qədim miflər aləmi ilə tanış olub, mövzuya uyğun tematik ekskursiyada iştirak ediblər.

Ustad dərsində isə uşaqlar Roma incəsənətinə məxsus simvolik nümunələri öz əlləri ilə hazırlayaraq həm yaradıcılıqlarını nümayiş etdirib, həm də öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar.

Maarifləndirici, əyləncəli və interaktiv formatda təşkil olunan proqram balaca iştirakçılar üçün unudulmaz təəssüratlar yaradıb.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    27 Fevral 2026 - 27 Fevral 2026

event gallery