26 fevral 2026-cı il tarixində uşaqlar üçün Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici proqram keçirilib.

26 fevral 2026-cı il tarixində uşaqlar üçün Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici proqram keçirilib.

Proqram çərçivəsində 189-190 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri “Qan yaddaşımız – Xocalı faciəsi” mövzusunda mühazirəni dinləyib və muzeyin kolleksiyasında qorunan, bu insanlıq faciəsini əks etdirən əsərlərlə tanış olublar.

“Qərənfil” adlı ustad dərsində balacalar öz duyğularını rəsm və rənglər vasitəsilə ifadə ediblər.

Proqram şagirdlərə Xocalı faciəsini anlamaq və tarixi yaddaşlarını gücləndirmək imkanı yaradıb.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    26 Fevral 2026 - 26 Fevral 2026

event gallery