13 fevral tarixində USG Erkən Müdaxilə Mərkəzinin təşəbbüsü ilə “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

13 fevral tarixində USG Erkən Müdaxilə Mərkəzinin təşəbbüsü ilə “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

İştirakçılar Azərbaycan və dünya incəsənətinə aid unikal əsərlərin nümayiş olunduğu daimi ekspozisiyalarla tanış olublar.

Ekspozisiyalar vasitəsilə ziyarətçilər müxtəlif dövrləri və bədii üslubları əhatə edən zəngin sənət irsi ilə tanış olmaq, fərqli mədəniyyətləri müqayisəli şəkildə dəyərləndirmək imkanı əldə ediblər.

Daha sonra Muzeyimizdə təşkil olunan “Antik Yunanıstan incəsənəti” mövzusunda maarifləndirici proqrama qoşulublar. İştirakçılar üçün keçirilən mühazirədə antik Yunanıstan incəsənətinin yaranma və inkişaf mərhələləri, heykəltaraşlıq və memarlıq ənənələri, məbədlərlə zəngin Afina şəhəri, Akropolun möhtəşəm abidəsi – Parfenon, qədim Olimpiya oyunları, yunan tanrıları və antik qəhrəmanlar haqqında ətraflı məlumat verilib.

Daha sonra qonaqlar muzeyin ekspozisiyasında nümayiş olunan antik yunan incəsənətinə aid eksponatlarla yaxından tanış olublar.

Proqram çərçivəsində iştirakçılar antik Yunanıstan incəsənətinə həsr olunmuş kölgə tamaşasını izləyiblər.

Ustad dərsində isə qədim yunan keramikasının incilərindən sayılan amforanın maketi və qələbənin rəmzi hesab edilən dəfnə çələng hazırlanıb.

Maarifləndirici və yaradıcı fəaliyyətlərlə zəngin olan proqram iştirakçıların dünya incəsənət tarixinə marağını artırmaqla yanaşı, onların estetik zövqünün formalaşmasına da töhfə verib.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    13 Fevral 2026 - 13 Fevral 2026

event gallery