Yanvarın 16-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə uşaqlar Azərbaycan Milli İncəsənət Muzeyində davam edən “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi çərçivəsində keçirilən maarifləndirici proqrama qatılıblar.

Proqram çərçivəsində balaca dostlarımız tematik ekskursiya və ustad dərsində iştirak ediblər.

Ustad dərsi zamanı şagirdlər M.Q. İrəvaninin əsərlərinin surətini rəngləyiblər.

Məktəblilər M.Q.İrəvaninin yaradıcılıq dünyası ilə yaxından tanış olaraq, rəssamın əsrarəngiz sənət əsərləri əhatəsində maraqlı gün keçiriblər.

Nəzərinizə çatdıraq ki, proqramda iştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    16 Yanvar 2026 - 16 Yanvar 2026

event gallery