Uşaqlar üçün zaman səyahəti! Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün tematik ekskursiya proqramı hazırlayıb.

Uşaqlar üçün zaman səyahəti! Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün tematik ekskursiya proqramı hazırlayıb.

Onlar müxtəlif yerli və xarici epoxalara aid kostyumlarda muzey ekspozisiyasını kəşf edəcək və xatirə fotosessiyasına qoşulacaqlar.

Ekskursiya zamanı uşaqlar həm muzey ekspozisiyası ilə tanış olacaq, həm də özlərini müxtəlif epoxaların qəhrəmanı kimi hiss edəcəklər.

Əziz uşaqlar, gəlin, bu unudulmaz təcrübənin bir parçası olun!

Fotolar üçün isə balaca dostlarımız - Banu Cəfərova (Bakı Avropa Liseyi 2-ci R2 sinif şagirdi); Mələk Tağıyeva (7 saylı məktəb 5-ci sinif şagirdi); Fateh Səlimli (212 saylı məktəb 4-cü sinif şagirdi); Sadiq Ağası (Heydər Əliyev adına liseyin 1A sinif şagirdi); Yusif Mirzəzadəyə ( 71 saylı məktəb 6-cı sinif şagirdi) təşəkkür edirik !

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    19 Dekabr 2025 - 31 Yanvar 2026

event gallery