Dekabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində pinyata hazırlanması üzrə ustad dərsi keçirilib.

Dekabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində pinyata hazırlanması üzrə ustad dərsi keçirilib.

Dünyaca məşhur rəssam Dieqo Riveranın yaradıcılığı, sosial və humanist ideyalarını təqdim edən “Dieqo Rivera:Daha yaxşı gələcəyin vədi” sərgisi çərçivəsində keçirilən ustad dərsində uşaqlar Meksika mədəniyyətinin ayrılmaz hissəsi olan pinyata ənənəsi ilə yaxından tanış olub, öz xəyal dünyalarına uyğun rəngarəng pinyatalar hazırlayaraq yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.

Sonda isə uşaqlar rəssamın unikal sənət nümunələrinin fotoqrafik reproduksiyalarının nümayiş olunduğu sərgi ilə yaxından tanış olaraq günü unudulmaz xatirələrlə yekunlaşdırıblar.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    16 Dekabr 2025 - 16 Dekabr 2025

event gallery