Noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Abşeron rayonu Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin 5-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması: Bu gün və sabah” adlı xüsusi maarifləndirici proqram təşkil olunub.

Şagirdlər əvvəlcə uşaq hüquqlarına dair mühazirəni dinləyib, hüquqların əhəmiyyəti və gündəlik həyatda tətbiqi barədə məlumatlar əldə ediblər.

Daha sonra mövzu üzrə tematik ekskursiya keçirilərək uşaqlara eksponatlar vasitəsilə hüquq və sosial məsuliyyət anlayışları izah olunub.

Təlim prosesi ustad dərsi ilə davam edib - şagirdlər mövzuya uyğun yaradıcı tapşırıqlarda iştirak ediblər.

Günün sonunda məktəblilər muzey zallarını gəzərək Azərbaycan incəsənətinin zəngin nümunələri ilə tanış olaraq proqramı tamamlayıblar.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    20 Oktyabr 2025 - 20 Noyabr 2025

event gallery