Azərbaycan Milli İncəsənət Muzeyində Noyabr Ayı Uşaqlar Üçün Xüsusi Tədbirlərlə Dolu Olacaq!
Azərbaycan Milli İncəsənət Muzeyində Noyabr Ayı Uşaqlar Üçün Xüsusi Tədbirlərlə Dolu Olacaq!
Noyabr ayı ərzində Muzeyimizdə uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və yaradıcılıq yönümlü proqramlar keçiriləcək. Tədbirlərin məqsədi uşaqlara vətənpərvərlik ruhu aşılamaq, onların bilik və yaradıcılıq potensialını artırmaq, həmçinin şəhidlərimizin xatirəsinə ehtiram ifadə etməkdir.
8 noyabr – Zəfər Günü
“5 illik Zəfər Salnaməsi” adlı mühazirə, “Xarıbülbül” təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil ediləcək.
9 noyabr – Dövlət Bayrağı Günü
Uşaqlar “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda mühazirədə iştirak edəcək, “Dövlət rəmzləri – Gerb və Bayraq” adlı ustad dərsində bacarıqlarını sınayacaq və tematik ekskursiyada ölkəmizin dövlət atributları ilə yaxından tanış olacaqlar.
17 noyabr – Milli Dirçəliş Günü
“Milli Dirçəliş” mövzusunda mühazirə, “Dövlət rəmzləri – Gerb və Bayraq” adlı ustad dərsi və tematik ekskursiya olacaq.
Bu tədbirlər uşaqlarda milli dəyərlərə sevgi, tarixə hörmət və vətənpərvərlik duyğusunun güclənməsinə xidmət edəcək.
Qeydiyyat üçün: (012) 492 07 07 və (051) 580 85 21
Növ :
AMİM Uşaq muzeyiVaxt :
3 Noyabr 2025 - 30 Noyabr 2025event gallery