1–2 noyabr 2025-ci il tarixlərində, saat 11:00-dan 17:00-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Paratetisin 4 dənizi” ART KRUİZ layihəsi keçirilir.

1–2 noyabr 2025-ci il tarixlərində, saat 11:00-dan 17:00-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Paratetisin 4 dənizi” ART KRUİZ layihəsi keçirilir. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, EkoSfera İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutur.

Firuzə Sultanzadənin kuratorluğu ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən monotipiya və akvarel boyalarla ustad dərsləri, rəssamla ekskursiya və muzeydə film nümayişləri təşkil olunur.

Proqramda həmçinin dəniz mövzusuna həsr olunmuş master-klaslar, elmi tədqiqatlar, street art, immersiv kukla teatrı və interaktiv klassik konsert də yer alır.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    1 Noyabr 2025 - 2 Noyabr 2025

event gallery