Oktyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisi çərçivəsində T. İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə uşaqlar üçün xüsusi proqram təşkil olunub.

Proqram zamanı balaca iştirakçılar Meksikanın dünyaca məşhur rəssamı Dieqo Riveranın həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Onlar interaktiv oyunlar və maraqlı faktlar vasitəsilə rəssamın əsərlərindəki ideyaları, onun sənət vasitəsilə insanlara ötürdüyü dəyərləri öyrəniblər.
Sərgi ziyarəti zamanı uşaqlar D. Riveranın məşhur əsərləri haqqında məlumat alaraq incəsənətin insanları birləşdirən gücünü kəşf ediblər.
Ustad dərsində isə kiçik rəssamlar Riveranın “İki yolayrıcında qalan insan” əsərinin surətini sevimli rəngləri ilə boyayıblar.
Bir sözlə, muzeydə uşaqlar həm əyləncəli, həm maarifləndirici, həm də yaradıcılıq dolu bir gün keçirib!
Növ :
AMİM Uşaq muzeyiVaxt :
28 Oktyabr 2025 - 28 Oktyabr 2025event gallery