2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı" elan edilmişdir. Bununla əlaqədar olaraq, 20 noyabr-Ümumdünya Uşaqlar Günündə Azərbaycan Milli İncəsənət Muzeyində uşaq hüquqlarına həsr olunmuş maarifləndirici proqram keçirilib.
2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı" elan edilmişdir.
Bununla əlaqədar olaraq, 20 noyabr-Ümumdünya Uşaqlar Günündə Azərbaycan Milli İncəsənət Muzeyində uşaq hüquqlarına həsr olunmuş maarifləndirici proqram keçirilib. Əvvəlcə iştirakçılar muzeyin Fond şöbəsinin Heykəltəraşlıq bölməsinin müdiri Sevda Şadlinskayanın təqdimatında Azərbaycan və dünya rəssamlarının yaratdığı əsərləri əhatə edən "Təsviri sənətdə uşaq obrazı" adlı mühazirəni dinləyiblər. Daha sonra onlar ustad dərsində tanınmış rəssam Həsən Haqverdiyevin sülh mövzusunun tərənnüm olunduğu "İki göyərçin" əsərinin kağız üzərində surətini yaradıblar. Proqram çərçivəsində uşaqlar, həmçinin mövzu ilə əlaqəli interaktiv ekskursiyada iştirak ediblər.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
21 Noyabr 2024 - 21 Noyabr 2024event gallery