1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin birgə əməkdaşlığı ilə muzeyin qarşısındakı parkda plener təşkil olunub.

Kollec tələbələri açıq səma altında öz yaradıcılıq imkanlarını nümayiş etdirərək bir-birindən rəngarəng, gözoxşayan rəng palitrasına malik rəsmlər yaradıblar. Müəllimlərin müşayiəti ilə işlənən bu rəsmlərdə XIX əsr Bakı memarlığının unikal nümunələri hesab olunan muzey binaları, əhatə olunduqları şəhər mənzərəsi və bayram əhval-ruhiyyəli portret obrazları əksini tapıb.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    1 İyun 2025 - 1 İyun 2025

event gallery