“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımız qədim və zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.

“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımız qədim və zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Proqramda Azərbaycanın mədəni irsi – Qobustan qaya rəsmləri, xalçaçılıq, miniatür, metalişləmə, keramika sənətləri,  musiqi alətləri (tar, kamança), muğam sənəti və digər incəsənət sahələrinə dair mühazirələr, interaktiv ekskursiyalar yer alır. Ustad dərsi zamanı isə  balacalar milli incəsənətimizə məxsus simvolik nümunələri hazırlamağı öyrənəcəklər.
Qeyd edək ki, proqramlar hər həftəsonu saat 11:00-da Azərbaycan və rus dillərində keçirilir.
İştirak üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə
 əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    12 May 2025 - 18 May 2025

event gallery