Ənənəvi olaraq Azərbaycan Milli İncəsənət Muzeyində məktəbəqədər və məktəbli uşaqlar üçün nəzərdə tutulmuş proqramları diqqətinizə çatdırırıq.

Ənənəvi olaraq Azərbaycan Milli İncəsənət Muzeyində məktəbəqədər və məktəbli uşaqlar üçün nəzərdə tutulmuş proqramları diqqətinizə çatdırırıq. May ayı ərzində təşkil olunacaq bu tədbirlər ölkəmiz və muzeyimiz üçün əlamətdar tarixləri əks etdirəcək. Maarifləndirici və əyləncəli proqramlarda balaca iştirakçılar vətənpərvərlik ruhunda mühazirələr dinləyəcək, interaktiv ekskursiyalara və maraqlı ustad dərslərinə qatılacaqlar.

İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    5 May 2025 - 28 May 2025

event gallery