“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca sənətsevərlərimizi Türkiyə mədəniyyətinə səyahət gözləyir.

“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca sənətsevərlərimizi Türkiyə mədəniyyətinə səyahət gözləyir. Kiçik dostlarımız proqram vasitəsilə Türkiyə incəsənətinin zəngin və rəngarəng dünyasını kəşf edəcəklər. Onlar möhtəşəm memarlıq abidələri, naxışlarla bəzədilmiş keramika nümunələri, eləcə də miniatür sənətinin sükuta bürünmüş nağılları ilə tanış olacaqlar.

Qədim Anadolu torpaqlarının ənənəvi geyimləri, adət-ənənələri və türk mətbəxinin özünəməxsus ləzzətləri ilə tanışlıq proqrama xüsusi rəng qatacaq. Bu unikal mədəniyyətin qədim və müasir ab-havası onları əsl incəsənət macərasına aparacaq.

Tematik və interaktiv ekskursiya zamanı isə balaca qonaqlarımız ekspozisiyamızda sərgilənən Türkiyə incəsənətini əks etdirən eksponatlar haqqında məlumat alacaqlar. Proqramın ən maraqlı hissələrindən biri olan ustad dərsində uşaqlar Osmanlı və Anadolu mədəniyyətinə məxsus simvolik nümunələri hazırlamağı öyrənəcəklər.

Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama həftəsonları saat 11:00-da qatıla bilərsiniz. İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    28 Aprel 2025 - 4 May 2025

event gallery