"Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımızı "Gündoğar ölkəyə" - Yaponiyaya səyahət gözləyir.

"Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə balaca dostlarımızı "Gündoğar ölkəyə" - Yaponiyaya səyahət gözləyir.

Kiçik dostlarımız macəramızın növbəti hissəsindəYaponiya incəsənətinin müxtəlif sahələrini kəşf edəcəklər. Memarlıq, heykəltəraşlıq, rəssamlıq, keramika və s. yanaşı, onlar qədim yapon xalqının ənənəvi geyimləri, adət-ənənələri, özünəməxsus mətbəxi ilə tanış olacaq, bu mədəniyyətin özünəməxsus ab-havasına düşəcəklər.

Tematik ekskursiyada isə balacaları ekspozisiyamızda sərgilənən qədim Yaponiya incəsənətini əks etdirən eksponatlarla tanışlıq gözləyir.

Proqramın ən maraqlı hissələrindən olan ustad dərsində uşaqlar bu mədəniyyətə məxsus simvolik nümunələri hazırlamağı öyrənəcəklər.

Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama həftəsonları saat 11:00-da qatıla bilərsiniz.

İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    4 Aprel 2025 - 6 Aprel 2025

event gallery