13 dekabr 2024- cü il tarixində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində reabilitasiya keçən uşaqlar, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları və onların valideynləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

13 dekabr 2024- cü il tarixində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində reabilitasiya keçən uşaqlar, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları və onların valideynləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Qonaqlar tematik ekskursiya zamanı muzeyin eksponatları haqqında dolğun məlumatlar əldə ediblər, eyni zamanda kölgə teatrı tamaşasını böyük maraqla izləyərək, ustad dərsinə qatılıblar. Tədbirin sonunda balacalar onlar üçün təşkil edilmiş Yeni il şənliyində iştirak ediblər. Uşaqlar və valideyinləri belə maraqlı zaman keçirdikləri üçün öz səmimi təşəkkürləni bildirərək muzeydən xoş təəssüratlarla ayrılıblar.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    13 Dekabr 2024 - 13 Dekabr 2024