Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı antik Roma incəsənətinə həsr olunub.

 

Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı antik Roma incəsənətinə həsr olunub.

Bu proqramda kiçik dostlarımız qədim dünyanın ən möhtəşəm sivilizasiyalarından birini - Roma  incəsənətini kəşf edəcəklər. Onlar eramızdan əvvəl və bizim eranın ilk əsrlərinə səyahət edərək antik Roma heykəltəraşlığı, monumental boyakarlıq nümunələri, Kolizey amfiteatrı, "bütün tanrıların məbədi" Panteon və memarlığın digər şah əsərləri ilə yaxından tanış olacaqlar. Bununla yanaşı, uşaqlar Romanın məşhur imperatorları, qladiator döyüşləri haqqında maraqlı məlumatları dinləyəcək, miflər aləminə baş vuracaq ,mövzü ilə bağlı tematik ekskursiya keçəcəklər.

Ustad dərsi zamanı isə uşaqlar Roma incəsənətinə məxsus simvolik əsərləri öz əlləri ilə hazırlamağı öyrənəcəklər. Bir sözlə, bu səyahətdə balaca dostlarımızı maarifləndirici, əyləncəli və interaktiv proqramlar gözləyir.

Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama hər həftəsonları saat 11:00-da qatıla bilərsiniz.

İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    None - None

event gallery